Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

Aprelin ortasına olan vəziyyətə görə, Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi çərçivəsində 160 kilometr boru çəkilib, 130 kilometr qaynaq edilib, 85 kilometr boru torpağa döşənib.

Bu barədə Trend-ə layihəni icra edən ICGB AD şirkətindən bildiriblər.

Şirkətdən qeyd edilib ki, adıçəkilən işlər davam edir və rəqəmlər hər həftə dəyişir. IGB üzrə yerlərdə işləyən qruplar pandemiyaya baxmayaraq, sabit fəaliyyət tempinin təmin olunması üçün əlindən gələni edir.

 

Xatırladaq ki, Yunanıstanla Bolqarıstanın qaz-nəqliyyat sistemlərini birləşdirəcək IGB kəmərinin uzunluğu 182,6 kilometr, illik buraxılış gücü 3 milyard kubmetr olacaq.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Sabahdan iki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

SONRAKI XƏBƏR

BNA-nın əməkdaşları peyvənd olundu - VİDEO