Rusiyada şərab istehsalı azaldı

Rusiyada şərab istehsalı azaldı

Rusiyada 2020-ci ildə şərab istehlakı azalıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” federal mərkəzi məlumat yayıb.

“2020-ci ildə adambaşına düşən şərab istehlakı 6.7 litr təşkil edib. Bu da 2019-cu illin göstəricisindən 9.5 faiz aşağı göstəricidir”, - məlumatda bildirilib.

Qeyd olunub ki, istehlakın azalmasına 2020-ci ildə koronavirus pandemiyasına görə otel-restoran biznesi seqmentinin müvəqqəti bağlanması səbəb olub.

Bundan başqa, 2020-ci ildə Rusiyada 44.2 milyon dekalitr şərab istehsal olunub ki, bu da 2019-cu ilin göstəricilərindən 4 faiz azdır.

Mənbə: axar.az