Restoranlarda bahalaşma - Sahibkarların məqsədi müştərini soymaqdır

Paytaxt restoranlarında pandemiya dövründən əvvəlki qiymətlərlə indiki qiymətlər arasında ciddi fərq yaranıb. Sakinlərin, sosial şəbəkə istifadəçilərinin şikayətlərinə görə, yeməklərin qiyməti çox bahalaşıb. Maraqlıdır ki, yeməklərdə ən çox istifadə edilən əsas qida ətdir. Ərzaq bazarında ətin qiymətinin ucuzlaşdığını nəzərə alsaq, qiymətlərin artmasının başlıca səbəbi sual olaraq qalır.

Bu haqda Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd deyib ki, qiymətləri bahalaşdıran şəbəkələrin məqsədi öz zərərlərini istehlakçıların hesabına örtməkdir:
“Bazar iqtisadiyyatı qanunlarına əsasən, qiymət bahalaşması tələb artan zaman olmalıdır. Koronavirusun çox yayıldığı dönəmdə isə insanlar
restoranlara çox axın etmir və bu o deməkdir ki, tələb azalıb. Buna baxmayaraq biznes sahibləri qiymətləri qaldırıblar. Məqsədləri öz zərərlərini istehlakçıların hesabına örtməkdir. Bu qanun pozuntusu olmasa belə, istehlakçılara qarşı atılmış yanlış addımdır”.
 

Modern.az

ƏVVƏLKİ XƏBƏR

"Zəif, onurğasız, simasız Ermənistan ruslara belə lazım deyil" - Zakaryan

SONRAKI XƏBƏR

Minaya düşərək qaranlığa qərq olan ANAMA əməkdaşı - VİDEO