Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu ilin əvvəlindən cüzi artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu ilin əvvəlindən cüzi artıb

Bu ilin aprel ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 619,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici son bir ayda 0,7% artıb. İlin əvvəlində bu göstərici 1,4% artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 5,8% azalıb.

Mənbə: apa.az