Azərbaycan əhalisinin bank əmanətlərinin həcmi açıqlanıb

Bu ilin aprel ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 147,5 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 2,8%, ötən ilin eyni dövrünə nisbətən isə bu göstərici 1,3% azalıb.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə isə bu göstərici 0,4% azalıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Avstraliya “Eurovision 2021“də iştirak etməyəcək

SONRAKI XƏBƏR

Nigeriyalı Bakıda hoteldən qovularkən soyulduğunu deyir