"Ural Airlines"a Azərbaycana uçuşlara icazə verilib

Rusiya aviaşirkətləri Azərbaycan da daxil olmaqla 15 ölkəyə uçuşlar üçün icazə alıblar.

“APA-Economics” xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyat Agentliyinin əmrində deyilir.

Qərara uyğun olaraq, “Ural Airlines” aviaşirkəti Azərbaycana həftədə üç dəfəyədək uçuşlara icazə alıb. Beləliklə, daşıyıcı Voronej, Omsk və İrkutskdan Bakıya uçuşlar həyaya keçirməyə imkan əldə edib.

Qeyd edək ki, icazələrin verilməsi barədə qərar beynəlxalq marşrutlar üzrə uçuşların bərpa edilməsi üçün səbəb və ya qərar sayılmır. Bu, uçuşları bərpa edərkən aviaşirkətin istifadə edə biləcəyi haqqıdır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İsraildə silah istehsalı zavodunda güclü partlayış olub - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycanda I rübdə istehlak və biznes kreditləri cüzi artıb