Azərbaycanda bu il nağdsız ödənişlərin həcmi 2 mlrd. manatı ötüb

Bu ilin I rübündə Azərbaycanda debet və kredit kartları vasitəsilə 2,001 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,4% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 116 mln. manatı ATM-lər vasitəsilə, 813 mln. manatı POS-terminallar vasitəsilə, 1,072 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə ilə sərhəd bağlandığı üçün ev ala bilmədi

SONRAKI XƏBƏR

Azərbaycanlı oliqarxın oğlu anasına 100 milyon dollar uduzdu