OPEC+ neft hasilatının bərpası ilə bağlı qərarını təsdiq edə bilər

Bakı. Orxan Nəbiyev - Trend:

OPEC+ ölkələri növbəti iclasda may-iyul ayları üçün qəbul etdikləri hasilatın artırılması qərarını təsdiq edə bilər.

Trend-in məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

O bildirib ki, təşkilatın növbəti görüşü aprelin 28-ə nəzərdə tutulub:

 

"Sonuncu dəfə biz bir ay əvvəl toplaşdıq və üç aylıq fəaliyyət planını müzakirə etdik. Bu dəfə fövqəladə bir şey baş verməsə, bizim əsas tapşırığımız bu planları təsdiq etmək olacaq".

Qeyd edək ki, OPEC+ may-iyun ayları üçün neft hasilatının artırılması barədə qərar qəbul etmişdi.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı futbolçusu Gürcüstanda növbəti oyuna çıxdı

SONRAKI XƏBƏR

“Azərmaş” rəhbəri: “Qiymətlər 17 min manatdan başlayır”