“Azərmaş” rəhbəri: “Qiymətlər 17 min manatdan başlayır”

“Azərmaş” rəhbəri:  “Qiymətlər 17 min manatdan başlayır”

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışını edib. Ölkə başçısı sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodunun fəaliyyəti ilə tanış olub.
“Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov Azvision.az -a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin açılışını etdiyi müəssisənin birinci mərhələsi artıq fəaliyyətə başlayıb.

“Müəssisədə ilkin olaraq Rusiyanın Qorki Avtomobil Zavodu (QAZ) ilə birlikdə yük maşınları və avtobuslar istehsal olunur. Müəssisədə minik avtomobillərinin istehsalına təqribən bir ay yarımdan sonra başlanılacaq”.

E.Axundov, həmçinin qeyd edib ki, zavod illik 1500 ədəd yük maşını və avtobus istehsal etmək gücünə malikdir. "Maşınların qiymətləri 17 min - 130 min AZN aralığında dəyişir".
 

Mənbə: azvision.az