Vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi artıb - Nazir

Vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi artıb - Nazir

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu ilin I rübündə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,4% olub.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, qeyri-neft sektorundan daxilolmaların artması iqtisadi fəallığın bərpasının başladığını göstərir: "Bu ilin I rübündə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,4% olub və bu göstərici ötən ilin müvafiq dövründən 3,7% çoxdur. Qeyri-neft-qaz sektorunda müsbət dinamika davam edir və aprel ayında da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım gözləyirik".

Mənbə: az.trend.az