“Günay Bank” cari ilin ilk rübünü uğurla başa vurdu

"Günay Bank" ASC-nin cari il üzrə təqdim etdiyi hesabata nəzər salanda məlum olur ki, Bank öz inkişaf tendensiyasını davam etdirməkdədir.

Belə ki, ötən ilin sonu ilə müqayisədə Bankın ümumi aktivləri 5 milyon 627 min manat artaraq hazırda 250 670.18 min manata çatmışdır.

Eyni zamanda Bank cari ilin 1-ci rübünü 879 min manat mənfəətlə başa vurmuşdur.

Mövcud pandemiya şəraitinin iqtisadiyyatımızda yaratdığı çətinliklərə baxmayaraq Bankın məcmu kapitalı 65 milyon 707 min manata yüksəlmişdir.

Qeyd olunan göstəricilər “Günay Bank”-ın davamlı tərəqqi yolunda inamla addımladığına dəlalət edir.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Türkiyə və Qətər rəsmiləri müdafiə sənayesində əməkdaşlıq məsələlərini müzakirə edib

SONRAKI XƏBƏR

Erməni icma başçısı: “Zəngəzur dəhlizi, Meğri dəhlizi, bu bəyanatlar təşviş yaradır”