Azərbaycanda əhali arasında dollara tələbat kəskin azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisi ölkədəki banklardan 626,252 mln. nağd ABŞ dolları alıb. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə martda əhali 133,452 mln. nağd dollar alıb ki, bu da fevral ayı ilə müqayisədə 20,3% azdır və son 3 il 9 ay ərzində qeydə alınan ən aşağı aylıq göstəricidir.

Bundan başqa, cari ilin yanvar-mart aylarında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 330,712 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 3,6% azdır. Təkcə martda banklar əhalidən 120,584 mln. dollar alıblar ki, bu da fevral ayı ilə müqayisədə 15,3% azdır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək

SONRAKI XƏBƏR

Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb