Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

Bu ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 557 milyon 426 min 300 manat olub. Bu da bir il öncəki göstəricidən 0,6 faiz çoxdur. Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 1207,1 manat olub. Ötən illə müqayisədə 2021-ci ilin ilk rübündə sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,2 faiz, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri 9,9 faiz artıb.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Aprelin 26-dan Moldovada komendant saatı ləğv olunacaq

SONRAKI XƏBƏR

Qarabağ baş separatçısının Moskvada xüsusi xidmət orqanlarında nə işi...