Ötən ay ölkədəki banklara maraq çoxalıb - Müştərilər artıb

Ötən ay ölkədəki banklara maraq çoxalıb - Müştərilər artıb

22 aprel, Fineko/abc.az. Azərbaycanda bank müştərilərinin sayı açıqlanıb.

ABC.AZ-ın Mərkəzi Banka istinadən məlumatına görə, bank müştərilərinin sayı 2021-ci ilin mart ayına 9 435 486 nəfər təşkil edib.

2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 227 652 nəfər olub. Bu da illik müqayisədə bank müştərilərinin 1 207 834 nəfər artması deməkdir. Bu ilin fevral ayında bank müştərilərinin sayı 9 255 820 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 179 666 nəfər artıb.

Mənbə: abc.az