Manatla kreditlərin orta faiz dərəcələri artıb, əmanətlərin isə azalıb

Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin aprel ayının 1-ə olan depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Banker.az AMB-yə istinad edərək xəbər verir ki, 2021-ci ilin imart ayında verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 13.82%, xarici valyuta ilə 5.11% təşkil edib. Cari ilin mart ayını ötən ay ilə müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0.07 faiz bəndi artıb, xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 0.07 faiz bəndi azalıb.

2021-ci ilin martında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 16.04% , xarici valyutada 6.27% olub. Hüquqi şəxslərə həmin ayda kreditlər manatda orta hesabla 9.71%, xarici valyutada 4.92% təşkil edib. Belə ki, fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcələri manatda fevral ayı ilə müqayisədə 0.06 faiz bəndi azalıb, xarici valyutada isə 0.4 faiz bəndi azalıb. Hüquqi şəxslərə verilən kreditlərin orta faiz dərəcələri isə manatda 0.31 faiz bəndi artıb və xarici valyutada 0.01 faiz bəndi azalıb.

Mərkəzi Bankın statistikasına əsasən, aprel ayının 1-nə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8.55%, xarici valyuta ilə 1.71% təşkil edib. Ötən ay ilə müqayisədə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0.07 faiz bəndi azalıb, xarici valyutada isə depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə 0.05 faiz bəndi azalıb.

Hüquqi şəxslərdən manatla depozitlər ortalama 5.76%, xarici valyutada isə 1.07%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərin orta faizi 9.06%, xarici valyutada isə 2.14% olub.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Selcuk Bayraktar ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarmasına münasibət bildirib

SONRAKI XƏBƏR

Televiziyalardan narazılıq: İntişar yox, “intihar” yolundadırlar