Azərbaycanın İKT sahəsində ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanın İKT sahəsində ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.

"APA-Economics" xəbər verir ki, nazir bu barədə "Facebook" hesabında yazıb.

O bildirib ki, görüşdə əqli mülkiyyət hüquqlarına, kibertəhlükəsizliyə, innovasiyalara dair fikir mübadiləsi aparılıb.

"Görüşdə ABŞ şirkətləri ilə İKT sahəsində əməkdaşlıq imkanlarını, xüsusilə də Azərbaycanda elmi tədqiqat mərkəzlərinin yaradılması perspektivlərini müzakirə etdik", - nazir qeyd edib.

Mənbə: apa.az