AMB: Sənayə sektoruna inam artıb, istehsal gözləntiləri azalıb

Bu ilin aprel ayında Azərbaycanın sənaye sektorunda Biznes İnam İndeksi kəskin artaraq 6,8 bəndə yüksəlib. Martda bu göstərici 1,8 bəndə bərabər idi.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, artımın əsas drayveri məhsul istehsalı indeksinin -5,2 bənddən 12,1 bəndədək artması olub. Hazır məhsul ehtiyatı indeksi isə bir az yaxşılaşaraq 6,2 bənddən 7,6 bəndədək yüksəlib.

Qeyd edək ki, sözügedən sektorda növbəti üç ay üzrə istehsal və qiymət gözləntiləri indeksləri cüzi azalaraq müvafiq olaraq 15,8 bənd və 9,8 bənd təşkil edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Tovuzda İŞİD-çilər” işi: hakim “Abdullah”a prokurorun tələb etdiyindən 10 il aşağı cəza kəsdi 11 NƏFƏRLİK QRUP

SONRAKI XƏBƏR

Düşmənin viran qoyduğu kənd: Məmmədbəylidən FOTOREPORTAJ