Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artıb

Bakı. Trend:

2021-ci ilin yanvar-mart aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 70 şirkət qeydiyyata alınıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 31 şirkət çoxdur.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.

Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 13,031 milyon türk lirəsi olduğu halda, 2020-ci ilin eyni dövründə bu rəqəm 5,132 milyon türk lirəsi təşkil edib.

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (62) qeydiyyata alınıb. Bu şirkətlərin ümumi kapitalı 11,856 milyon türk lirəsi təşkil edib.

Ötən ay Türkiyədə Azərbaycan kapitalı ilə 5 sənaye, 3 tikinti, 2 maliyyə, 23 topdan və pərakəndə ticarət, 4 daşınmaz əmlak satışı, 6 turizm, 9 nəqliyyat-logistika şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Qeyd edək ki, 2020-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 148 şirkət qeydiyyata alınmışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Trend.az

ƏVVƏLKİ XƏBƏR

27 yaşlı kişi göldə boğulub öldü

SONRAKI XƏBƏR

Rus səfir Fransa XİN-ə çağırıldı