Əmlak Məsələləri Dövlət Xidməti qiymətləndirici seçir

Əmlak Məsələləri Dövlət Xidməti qiymətləndirici seçir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərin nizamnamə kapitalının müəyyən edilməsi, özəlləşdirilməsi və ya icarəyə verilməsi nəzərdə tutlan dövlət mülkiyyətində olan torpaq sahələrinin, habelə nəqliyyat vasitələrinin qiymətləndirilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 1-I, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 9-u, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 490-24-08 (daxili: 165).

Nəticələr iyunun 10-u, saat 11:00-da Portalda açıqlanacaq.

Mənbə: report.az