“JPMorgan Chase”in rəhbəri distant iş rejiminə qarşı çıxış edib

“JPMorgan Chase”in rəhbəri distant iş rejiminə qarşı çıxış edib

Distant iş rejimi həm gənc işçilər, həm də irəliləməyə və inkişafa can atanlar üçün uyğun deyil.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri bank qrupunun baş direktoru Ceymi Daymon çərşənbə axşamı “New Yorkda The Wall Street Journal”da keçirilən CEO-ların iclasında dilə gətirib.

“Bu format irəliləməyə can atanlar üçün effektiv deyil. O, ideya yaradıcılığı üçün əlverişli deyil. Və Korporativ mədəniyyətə töhfə vermir”, – deyə Ceyms söyləyib.

Daymon qeyd edib ki, Nyu-Yorkda koronavirus məhdudiyyətlərinin ləğv edildiyini nəzərə alaraq, o, mayın 17-dən etibarən işçiləri ofisə qaytarmağa başlamaq niyyətindədir. “Sentyabr və ya oktyabr aylarında, fikrimcə, hər şey əvvəlki kimi olacaq və hamı bundan məmnun olacaq”, – CEO əlavə edib.

“JPMorgan Chase”in rəhbəri bütün işçilərin ofisə qayıtmaq planlarından məmnun olmadığını vurğulayıb. Lakin onun sözlərinə görə, “həyat belədir”. Daymon insanların tam iş gününə qayıdacağı təqdirdə bankın daha uğurlu olacağına inanır.

Mənbə: banker.az