Çexiya koronavirusla bağlı məhdudlaşdırma tədbirlərini bir qədər yumşaldır

Çexiya koronavirusla bağlı məhdudlaşdırma tədbirlərini bir qədər yumşaldır

Çexiyada koronavirusla bağlı karantin tədbirlərinin yumşalması qaydaları qüvvəyə minib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qaydalar bütün ölkə üzrə tətbiq ediləcək. Artıq qəbul edilmiş qanuna əsasən, immunizasiyanın bütün mərhələlərini keçmiş və ya tamamilə sağalmış şəxslər COVID-19 testinin nəticəsi mənfi olan vətəndaşlarla bərabər hüquqla maneəsiz və sərbəst şəkildə restoranlara, kafelərə, bərbərxanalara və s. gedə biləcəklər.

Bununla belə, vətəndaşların immunizasiyanın bütün mərhələlərinin keçməsini təsdiq edən və ən azı 14 gün ərzində etibarlı olan kağız və ya rəqəmsal formada sübut daim əllərində olmalıdır. Tamamilə sağalanlar isə ekspres testin nəticəsini təqdim etməlidirlər.

Mənbə: news.milli.az