“Adidas”ın rəhbəri işçilərin ofis geyimindən kütləvi şəkildə imtina edəcəyini proqnozlaşdırdı

Distant iş rejimi sona çatandan sonra işçilər kütləvi şəkildə ofislərə qayıtmağa başlayacaqlar.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Adidas”ın rəhbəri Kasper Roşted hesab edir ki, korporativ mühitdə idman ayaqqabısı və qısaqol köynək kimi rahat geyim tərzi dəbdə olacaq.

“Evdə idman paltarında gəzən insanları qəhvəyi ayaqqabı və normal kostyum geyinməyə inandırmaq çox çətin olacaq”, – deyə Roşted qeyd edib. Onun sözlərinə görə, sağlamlığa olan yüksək diqqət və insanların uzunmüddətli təcrid rejimindən sonra çölə çıxmaq istəyi idman məhsullarına tələbi artıracaq.

“Bloomberg” agentliyi qeyd edir ki, son bir ildə idman ayaqqabısı və idman geyiminə olan tələbin artmasından ilk növbədə “Adidas”, “Nike” və “Puma” kimi böyük şirkətlər faydalanıb.

“Adidas” işçilərindən bəhs edən Roşted şirkətin Amerika və Avropa şirkətlərinin evdən işləməyə davam etdiyini söyləyib. “Əsas məsələ distant rejimin yaxşı olub-olmadığını müəyyən etməkdir, – deyə “Adidas”ın rəhbəri əlavə edib. – Bu ilin ikinci yarısında və yaxın gələcəkdə işçilərimizlə doğru uzunmüddətli həll yolu tapmaq üçün müzakirələr aparacağıq”.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Səfir: “Azərbaycanın dəstəyi sayəsində Gürcüstanda bir çox insanın həyatı xilas edilib”

SONRAKI XƏBƏR

UHİF sədri: "Azərbaycanın həmkarlar ittifaqlarının təcrübəsi Ukrayna üçün əhəmiyyətlidir"