EHİM biznes təmsilçiləri ilə görüş keçirib

7 may tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) banklar, sığorta şirkətləri və özəl şirkətlərlə “Hökumət – biznes rəqəmsal həlləri” mövzusunda onlayn görüş keçirib. Azvision.az xəbər verir ki, EHİM-in direktoru Fariz Cəfərov Mərkəz tərəfindən cari görülən işlərin qısa xülasəsini təqdim edib, biznes həlləri haqqında geniş söhbət açıb.

50-ə yaxın şirkətdən 100-ə yaxın nümayəndənin iştirak etdiyi görüşdə vahid məkandan 54 sistemə girişi təmin edən “ASAN Login” Vahid Giriş Sisteminin, özəl qurumların dövlət informasiya ehtiyatlarına çıxışını təmin edən “ASAN Finans”ın, Elektron Sənəd Dövriyyəsi sisteminin funksionallıqları və biznes qurumlarına təqdim etdikləri üstünlüklər haqqında ətraflı məlumat verilib.



Tədbir çərçivəsində proseslərin optimallaşdırılması, resurslara qənaət və fəaliyyətin səmərəliliyini təmin etmək məqsədi daşıyan rəqəmsal həllər haqqında özəl sektorda fəaliyyət göstərən qurumların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

EHİM biznes təmsilçiləri ilə mütəmadi olaraq görüşlər keçirir. Bu görüşlərin məqsədi özəl sektorun rəqəmsal xidmətlərlə bağlı rəy və təkliflərini öyrənmək, bu sektorda rəqəmsal həllərin istifadəsini daha da genişləndirmək, vətəndaş məmnunluğunu təmin etməkdir.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Britaniya səfiri Suraxanıda gölün ətrafını təmizlədi - FOTO

SONRAKI XƏBƏR

Xəritələrin olamaması minatəmizləmə işini ləngidir: Yeni avadanlıqlar gətiriləcək - Trend TV-nin Füzulidən REPORTAJI