Dövlət Vergi Xidməti koronavirusa qarşı yardım alacaq

Dövlət Vergi Xidməti koronavirusa qarşı yardım alacaq

İsveçrə Dövlət İqtisadi İşlər Katibliyinin (SECO) texniki yardımı çərçivəsində maliyyə ayrıldığı vergi islahatının yeni mərhələsi çərçivəsində Dünya Bankı COVID-19-a qarşı cavab tədbirləri üçün Dövlət Vergi Xidmətinə yardım edəcək.

“Report”-a bu barədə DB-dan bildiriblər.

Belə ki, 2020-ci ildə SECO Azərbaycanda vergi ödəyiciləri reyestrini və təhlükələr idarəçiliyini təkmilləşdirməyi, kölgə iqtisadiyyatına qarşı tədbirləri nəzərdə tutan 1,6 milyon ABŞ dolları məbləğindəki islahat proqramını uzatmağı dəstəkləyib. Bu proqram DVX-ni pandemiyanın sosial-iqtisadi fəsadlarına qarşı qısamüddətli dəstək tədbirlərini də ehtiva edir.

Mənbə: report.az