Bank Respublika-da Bölgə Rəhbəri vəzifəsinə təyinat olub

Bank Respublika-da Bölgə Rəhbəri vəzifəsinə təyinat olub

Banker.az-ın verdiyi məlumata görə, Kamran Məmmədov Bank Respublika-da yeni təyinat alıb. O, bankın Problemli Kreditlərin İdarə edilməsi departamentində Məhkəməyə qədər və Məhkəmə qərarlarının icrasına nəzarət şöbəsi ,Aran regionu üzrə Bölgə rəhbəri vəzifəsinə təyin edilib.

Kamran Məmmədov bundan öncə VF AzərKredit MMC-də aparıcı mütəxəssis,daha sonra Dəmirbank QSC-də A dərəcəli baş hüquqşünas kimi çalışıb. İxtisasca hüquqşünasdır.

Kamran Məmmədov 2021 ci ilin aprel ayından Region üzrə şöbə müdiri kimi fəaliyyətə başlayıb.

Mənbə: banker.az