Bu rayonların sakinləri sosial müavinətlərini Beynəlxalq Banka məxsus kartlarla alacaq

Bu rayonların sakinləri sosial müavinətlərini Beynəlxalq Banka məxsus kartlarla alacaq

May ayından etibarən bir sıra inzibati rayonların qeydiyyatında olan vətəndaşların sosial müavinətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC–yə (ABB) məxsus kartlarla ödəniləcək.

REAL xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, Sumqayıt, Sabunçu, Xətai, Xəzər, Qaradağ, Nəsimi, Səbail, Zərdab, Zəngilandan olan vətəndaşlar kartları ABB-nin istənilən filial və şöbəsindən əldə edə bilərlər.

Bayram günlərində də müavinət kartlarını məhdud sayda filialdan əldə etmək mümkün olacaq.

ABB-nin aşağıdakı filialları 12, 13, 14 may tarixlərində saat 10:00-dan 14:00-dək xidmət göstərəcək.

Filiallarda Pərakəndə müştərilərə xidmət və istehlak kreditləri üzrə əməliyyatlar aparılacaq.

 

Mənbə: www.realtv.az