Göllərin turizm potensialının artırılması istiqamətində işlər aparılır - VİDEO

Göllərin turizm potensialının artırılması istiqamətində işlər aparılır - VİDEO

“Zəngin hövzələr” layihəsi çərçivəsində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 5 000 ədəd qızılxallı balığının körpələri Göygölə buraxıldı. Məqsəd Göygölün balıq populasiyasının artılmasıdır. Çünki Göygölün faunası olduqca zəngindir və göldə qorunmaqda olan forel balıqları yaşayır.

Göygölə gəlib onun gözəlliyindən danışmamaq mümkün deyil. Bakıdan təxminən 400 km uzaqlığıda yerləşən Göygölün ərazisində ümumilikdə 19 göl var. Göl dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Göygöl hazırda unikal dağgölü ekosisteminə malikdir. Gölün uzunluğu 2.5 km dərinliyi 93 m-dir. Füsunkar təbiətə malik göl hazırda turizm kompleksi kimi də istifadə olunur. Göygöl milli parkı karantin qaydalarına uyğun şəkildə fəaliyyət göstərir.

İndi səfər edəcəyimiz məkana çatmaq üçün xeyli yol qət etmək lazımdır. Qarşıda bizi uzun bir yol gözləyir.

Maralgöl Dəniz səviyyəsindən 1910 m hündürlükdə yerləşir. Gölün uzunluğu 700 m eni isə 500 m-dir.

Qeyd edək ki, Göygöl 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində yaranıb. Göy-Göl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Göygöl Dövlət Təbiət Qoruğu isə 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur.

Mənbə: www.realtv.az