Litva Baltikyanı ölkələr arasında ən yüksək illik inflyasiya səviyyəsinə sahibdir

Litva Baltikyanı ölkələr arasında ən yüksək illik inflyasiya səviyyəsinə sahibdir

Baltikyanı ölkələr arasında il ərzində istehlak mallarının və xidmətlərin nəzərəçarpacaq dərəcədə bahalaşması Litvada daha çox müşahidə edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Litvanın Statistika Departamenti yayıb.

Bildirilib ki, mart ayı ilə müqayisədə aprel ayında illik inflyasiya (12 ay) hər üç ölkədə nəzərəçarpacaq dərəcədə artıb.

Milli statistika idarələrinin rəqəmlərinə əsasən, Litvada illik inflyasiya aprel ayında 2,5 faiz (mart ayında 1,6 faiz), Latviyada 1,7 faiz (mart ayında 0,3 faiz), Estoniyada 1,9 faiz (mart ayında 1,1 faiz) səviyyəsində təşkil edib.

Qeyd edilib ki, aprel ayında Litva və Latviyada aylıq inflyasiya 0,9 faiz, Estoniyada isə 0,4 faiz səviyyəsində olub.

Mənbə: news.milli.az