Qusarda kənd təsərrüfatına maraq artıb - VİDEO

Son illər Qusarda kənd təsərrüfatı sahəsinə maraq artıb. Rayonda yeni müasir tipli bağ sahələri salınıb.

Bunun da başlıca səbəbi suvarma suyuna olan təlabatın yaxşılaşdırılmasıdır. Rayonda 29 min 300 hektar suvarılan ərazi mövcuddur. Bu sahələr min 579 km uzunluğunda olan kanallar vasitəsi ilə suvarılır. kanalların min 381 km-i torpaq, 187 km-i isə beton məcralıdır.

Torpaq kanallar beton kanallarla əvəz edilib. Bu da öz növbəsində həm su itkisinin qarşısını alır, həm də təsərrüfat sahiblərinin vaxtnda suvarma suyu ilə təmin olunmasına imkan yaradır. Artıq rayonda suvarma mövsümünə start verilib.

Qusarda torpaqların 30-faizə qədər hissəsi Çağar-Cibir kanalının baş qurğusu hesabına suvarılır. 1968-ci ildə istismara verilən kanalın baş qurğusunda yenidənqurma və tikinti işləri aparılıb. Nəticədə yay aylarında Qusarçayda suyun səviyyəsi aşağı düşsə də təsərrüfatlara suyun ötürülməsi mümkün olacaq. Bol sululuq dövründə isə tikilən beton bəndlər hesabına sel təhlükəsinin qarşısı alınacaq. Bundan başqa rayon ərazisindəki torpaq kanalların təmizlənməsi işləri də davam etdirilir.

Son illər fermerlərin əsas diqqəti suvarma suyuna qənaət məqsədi ilə damcı üsulundan istifadəyə yönəlib. Nəticədə həm də işçi qüvvəsinə qənaət edilir. Bu da yüksək məhsuldarlıq əldə edilmsinə, torpağın münbit qatının qorunmasına gətirib çıxarır. Damcı ilə suvarmada suya 4-5 dəfə, gübrələrin suvarma suyu ilə verilməsi baxımından 50-faizədək gübrəyə qənaət olunur.

Qeyd edək ki, ötən il Prezident İlham Əliyevin sərəncamı ilə “Tahir cal-çay” çayında qurulan yeni suvarma sistemi sayəsində Qusar rayonunda daha 200-hektar sahə əkin dövrüyyəsinə qaytarılıb.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin kurort zonasında meşə yanğını...

SONRAKI XƏBƏR

Microsoft şirkəti Windows 10X-i bilinməyən müddətə kimi təxirə salıb