Bakıda bu yolda sıxlıq var

Bakıda bu yolda sıxlıq var

Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə aparılan təmir işləri ilə əlaqədar olaraq yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb. Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Zabrat şossesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur.

Mənbə: azvision.az