SOCAR Rusiya şirkətinin məhsullarını digər ölkələrə tədarük edəcək - RƏSMİ

SOCAR beynəlxalq neft-qaz ticarətində öz mövqelərini gücləndirmək niyyətindədir.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən Dövlət Neft Şirkətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə “Rosneft” şirkətinin istehsal etdiyi neft məhsullarını Ukrayna, Polşa, Baltikyanı ölkələrə və digər Şərqi Avropa ölkələrinə tədarük etmək hüququnu təmin edən saziş imzalanıb.

Qeyd olunub ki, nəzərdə tutulan əməliyyatların həcmi və müddəti hazırda razılaşdırılmaqdadır.

Xatırladaq ki, daha əvvəl Ukrayna və Rusiya mediasında SOCAR-ın Rusiyaya məxsus “Rosneft” şirkətinin neft məhsullarını Ukraynaya ixracı üzrə operator olacağı ilə bağlı məlumat yayılmışdı.

Nigar Məmmədova

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Kişini intihardan xilas etmək istəyərkən uşağı xəstəxanalıq etdi - VİDEO

SONRAKI XƏBƏR

İndoneziyada 6,6 bal gücündə zəlzələ