Qazaxıstan aprel ayında “OPEC+” öhdəliklərindən yayınıb

Qazaxıstan aprel ayında “OPEC+” öhdəliklərindən yayınıb

Qazaxıstan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələr (OPEC+) arasında imzalanan müqaviləyə əsasən öhdəliklərdən yayınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.

İlkin məlumatlara görə, aprel ayında Qazaxıstan 7 milyon ton neft və qaz kondensatı istehsal edib. Öhdəliklərdən kənarlaşma, gələcəkdə böyük layihələrdə aparılan əsaslı təmirlər nəzərə alınmaqla kompensasiya ediləcək.

Məlumata görə, Qazaxıstan “OPEC+” razılaşması çərçivəsində öhdəliklərə əməl etməyi planlaşdırır.

Nazirliyin məlumatında o da bildirilir ki, Qazaxıstanda aprel ayında gündəlik neft hasilatı 1,483 milyon barel təşkil edib.

Xatırladaq ki, Qazaxıstanda yanvar-aprel aylarında neft və kondensat hasilatı 28,1 milyon ton təşkil etmişdir.

İlahə Əhmədova

 

Mənbə: azertag.az