Zərgərlik məmulatlarının qiymətləri bahalaşıb

Zərgərlik məmulatlarının qiymətləri bahalaşıb

2021-ci ilin aprel ayında ölkədə zərgərlik məmulatlarının qiymətlərində artım müşahidə olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.

Məlumata əsasən, digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Bundan başqa aprel ayında qeyri-ərzaq məhsullarından daha çox
bahalaşma pambıq parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya
borularının, kəsilmiş taxtaların, sementin, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrində müşahidə olunub.

Mənbə: banker.az