Rusiya Azərbaycanda məşhurlaşan "maliyyə alətini "qara siyahı"-ya saldı

Rusiya Azərbaycanda məşhurlaşan "maliyyə alətini "qara siyahı"-ya saldı

Azərbaycanda da məşhurlaşan CROWD1 layihəsinin adı Rusiya Mərkəzi Bankının (Банк России) Qara siyahısına salınıb.

Fins.az xəbər verir ki, bu barədə "Blockchain Azərbaycan Mərkəzi"-nin həmtəsisçisi,Crypto Consulting şirkətinin rəhbəri Elnur Quliyev məlumat verib.

O bildirib ki, Vətəndaşların və təşkilatların qanunsuz fəaliyyətə cəlb edilməsi risklərini azaltmaq üçün Rusiya Bankı periodik olaraq "maliyyə piramidası" (ponzi) və qiymətli kağızlar bazarının qanunsuz iştirakçısı olan şirkətlərin "qara siyahısını" açıqlayır. Siyahıda son aylarda Azərbaycanda da məşhurlaşan CROWD1 layihəsinin adı qeyd edilib. Lakin siyahıda fiziki şəxslər və fərdi sahibkarlar haqqında məlumat verilməyib.

 

 

Qeyd edək ki, bankın "qara siyahısı"-da layihənin adı - CROWD 1 NETWORK EUROPE LTD, CROWD1 NETWORK LTD, Impact Crowd Technology SL, IMPACT CROWD TECHNOLOGY SCANDINAVIA AB, CROWD1, layihə üzrə sayt adları isə crowd1.com, mygrithub.com, crowd1network.ru, crowd1.ru qeyd edilib. Rusiya Mərkəzi Bankı (Банк России) xüsusi monitorinq sistemindən istifadə edərək (vətəndaş şikayətləri də olmaqla) qanunsuz fəaliyyət əlamətləri olan şirkətləri və layihələri müəyyənləşdirir

Mənbə: news.day.az