Bazarda yerli mal həm də ən bahalı maldır: Qiymət niyə artır?

Bazarda yerli mal həm də ən bahalı maldır: Qiymət niyə artır?

Pərakəndə satış şəbəkələrində ərzaq məhsullarının qiymətinə dair açıqlanan statistikaya görə, yerli məhsullar idxal mallarına nisbətən daha çox bahalaşır.

Azərbaycanda gömrük, vergi yükünün heç də aşağı olmadığını nəzərə alsaq, bu nəticə diqqəti cəlb edir. 2021-ci ilin yanvarına nisbətən mart ayının sonuna bəzi ərzaq növləri üzrə qiymətlərin dinamikasına gəldikdə isə məsələn, buğda unu - yerli 3.8%, idxal 0.6% bahalanıb. Pryanik- yerli 5%, idxal 0.3% , vafli - yerli 6.6%, idxal 1% , toyuq əti - yerli 3.4% bahalanıb, idxal 0.3% ucuzlaşıb.

Strelizə olunmuş süd - yerli 2.8%, idxal 0.9%, qarğıdalı yağı - yerli 13,1%, idxal 5.7% bahalanıb.

Bəs yerli məhsulların idxal anoloqlarına nisbətən daha yüksək templə bahalaşması nə ilə bağlıdır və qida sektorunun rəqabət qabiliyyətini azaldırmı?

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, ümumiyyətlə, bu ilin əvvəlində dizel yanacağının qiyməti qalxdı və bu rəqəm birdən-birə 33 faiz təşki etdi:

“Dizel yanacağının qiymətinin qalxması bütün topdansatış, pərakəndəsatış məntəqələri, bununla yanaşı istehsal olunan mərkəzlərdən də daşınma bu tipli, yəni dizel yanacağı ilə işləyən avtomobillərlə həyata keçirilir. Aydın məsələdir ki, qiymətlərin qalxacağı proqnozlaşdırılmışdı. Ümumilikdə inflyasiya anlayışına gəldikdə onu şərtləndirən amillər var. Belə ki, məhsulun maya dəyərinin qiymətinin qalxması, bankların faiz dərəcəsinin aşağı düşməsi, milli valyutanın devalvasiyaya uğraması, tələbatın artması müşahidə olunmur, ancaq qiymət qalxır.

Birmənalı şəkildə bu göstərici ilə bağlıdıır. Əgər idxal olunan məhsullarla yerli məhsul rəqabət edə bilməyəcəksə, yerli istehsala problem yaradacaq. Bu nöqteyi-nəzərdən qapanmış bir dairə kimi bir problem yaranıb.

Ancaq düşünürəm ki, sağlam rəqabət mühiti olsa, yəni istehsal proseslərində inhisarçılığa imkan verilməsə, qiymətlərin bu qədər qalxmasına şərait yaranmaz. Bu vəziyyəti konkret zaman və məkan çərçivəsində izləmək lazım olacaq”.

Nigar
Cebhe.info

 

Mənbə: cebhe.info