Sumqayıtda "Yay məktəbi" nin təşkili ilə bağlı iclas keçirilib - FOTOLAR

Sumqayıtda "Yay məktəbi" nin təşkili ilə bağlı iclas keçirilib - FOTOLAR

Sumqayıt Şəhər Təhsil Şöbəsində xüsusi karantin rejiminin müvafiq qaydalarına riayət etməklə şöbənin rəhbərliyi və məktəb direktorlarının iştirakı ilə "Yay məktəbi" nin təşkili ilə bağlı iclas keçirilib.

"Yay məktəbi" nin təşkilində əsas məqsədin COVİD-19 pandemiyası ilə və digər səbəblərdən tədris prosesində yaranmış fasilənin nəticələrinin aradan qaldırılması və şagirdlərə zəruri bilik və bacarıqların verilməsi olduğu bildirilib.

I-X sinifləri əhatə edən "Yay məktəbi"nin məktəblərdə ibtidai və yuxarı siniflər üzrə təşkilinin təmin edilməsi müəssisə rəhbərlərinə tapşırılıb. Həmçinin direktorlara müzakirə edilən mövzu ilə əlaqədar müvafiq tapşırıqlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

 

 

 

Mənbə: xeberle.com