Azərbaycanda ilk dəfə olaraq əkin sahələri üçün aqrodron istehsal edildi

Bakı. Samir Əli - Trend:

Azərbaycanda ilk dəfə olaraq Aqrodron istehsal edib. Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib. O bildirib ki, tam yerli istehsal olan yeni Aqrodron əkin sahələri üçün nəzərdə tutulub: "Bu qurğu əkin sahələrində bir neçə funksiyanı yerinə yetirir. İstənilən maye halında olan kimyəvi dərmanların səpinini həyata keçirmək qabiliyyətində olan dronlar həmçinin dənəvər mineral gübrəsinin də səpinində istifadə oluna bilir."

A. Məmmədova bildirib ki, dronlar həmçinin ərazinin skan olunması, şəkillərinin çəkilib müəyyən edilməsi qabiliyyətinə də malikdir: "Dronlar bu funksiya ilə yer quruluşunun 3 D xəritələnməsini də həyata keçirir. Fermerlər bu dronlarla həm sahəsində dərman səpməklə həm vaxt itkisinin qarşısını alır, həm də əlavə xərcdən azad olur. Məsələn, hər hansısa bir sahənin aqreqatlar və digər ağır texnika ilə dərmanlanması zamanı həmin texnikanın təkərləri sahədə müəyyən bir hissəni əzir, bitkinin bir hissəsini məhv edir. Bununla yanaşı, texnikaya əlavə yanacaq sərf edilir, insan əıməyi sərf edilir və vaxt itkisi olur. Amma bu dronlar vasitəsilə sahəyə heç bir ziyan vurmadan yarım saat ərzində fermer 1 hektar yeri dərmanlaya və gübrələyə bilir.

Dronun daha bir əsas üstünlüyü isə odur ki, bu qurğu ilə fermer yalnız sahəsində ziyanvericilər olan hissəni əvvəlcədən müəyyən edə bilir. Yəni, dron əvvəlcə sahənin şəklini skan edir, hansı ərazini ziyanvericilərin məhv etdiyini müəyyən edir. Daha sonra dron həmin skan vasitəsilə yalnız ziyanvericilər olan əraziləri dərmanlayır".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağla bağlı hər şeyə çoxdan qərar verilib - Moskvadan ÖZƏL AÇIQLAMA

SONRAKI XƏBƏR

Öldü, Amma PROQNOZLARI bir-bir çıxır