Azərbaycan neft məhsullarının istehsalını 3% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 603,6 mln. manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından sürtkü yağlarının istehsalı 79,8%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 34,3%, neft koksunun istehsalı 16,1%, dizel yanacağının istehsalı 9,2% artmış, avtomobil benzininin istehsalı 5,4%, neft bitumunun istehsalı 7,7%, ağ neftin istehsalı 13,8%, yanacaq mazutunun istehsalı isə 36,6 azalıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Səfir: "Norveç Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyir"

SONRAKI XƏBƏR

Polad Həşimovun qızı da məzun oldu