Azərbaycanın şəkər ixracından qazancı üç dəfəyə yaxın artıb

Azərbaycanın şəkər ixracından qazancı üç dəfəyə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 16 milyon 255 min ABŞ dolları dəyərində 31 min 670 ton şəkər ixrac edib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2.7 dəfə və 2.2 dəfə çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,22% təşkil edib, bu da illik müqayisədə 0.13 faiz bəndi çoxdur.

Mənbə: banker.az