Kərə yağının ölkədə istehsalı artıb, qiyməti bahalanıb

Kərə yağının ölkədə istehsalı artıb, qiyməti bahalanıb

Azərbaycanda həm kərə yağı istehsalı, həm də satış qiymətləri artıb.

Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, Azərbaycanda ilk 5 ayda 10 min 781 ton kərə yağı istehsal edilib. Bu illik müqayisə 6% çoxdur.

İdxal edilmiş kərə yağının miqdarı isə 6 min 726 ton olub ki, bu da illik müqayisədə 6.5% azdır. İdxal edilmiş bu məhsulun dəyəri isə 32 milyon 738 min ABŞ dolları təşkil edib.

Apreldə kərə yağının qiymət indeksi ötən ilə nisbətən 107.4% olub. Belə ki, aylıq müqayisədə kərə yağının qiyməti 7.4% bahalaşıb

Mənbə: banker.az