BFB: Əsasən korporativ sektora üstünlük veririk

BFB: Əsasən korporativ sektora üstünlük veririk

Biz Bakı Fond Birjası (BFB) olaraq yeni biznes strategiyamızı qəbul edəndə, əsas üstünlüyü korporativ sektora vermişik.

Bunu "APA-Economics"ə Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Eldar Abdullayev deyib.

Onun sözlərinə görə, BFB bunu Azərbaycan Mərkəzi Bankı ilə də razılaşdırıb.

"Sözsüz, bu, ancaq birjadan asılı deyil, burada korporativ sektorun da marağğının olması vacibdir", - deyə sədr bildirib.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında BFB-də qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 6,8 mlrd. manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 79%, ilkin bazar üzrə ticarət həcmində 2,1 dəfə, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 2 dəfə, repo əməliyyatları üzrə isə 3,4 dəfə artım qeydə alınıb. Hesabat dövründə korporativ qiymətli kağızlar bazarının həcmi 145 mln. manata yaxın olub.

Mənbə: apa.az