Azərbaycan qızılı hara daşınır? – Qeyri-neft məhsullarının İXRAC STATİSTİKASI

Azərbaycan qızılı hara daşınır? – Qeyri-neft məhsullarının İXRAC STATİSTİKASI

May ayı ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 15,3 (15,295,183.05) milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.

Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, ixrac məhsulları arasında hüquqi və fiziki şəxslər tərəfindən qiymətli külçələr, nar, alma, qarışıq şirələr, narşərab, çaxır, bitki tərkibli kərə yağı, tibbi zəli, iri və xırdabuynuzlu heyvanların daxili orqanları, iribuynuzlu heyvan dərisinin sənayedə kəsilməsi nəticəsində yığılan faydasız tullantılar, iribuynuzlu heyvan bağırsağı, pendir, qatılaşdırlmış süd, akvakultur üsulu ilə yetişdirilmiş nərəcinsli balıqların kürüsü, dondurulmuş toyuq ayaqları, dondurma, oksigen maye qazı, polad armatur yayması, polad məftil, polad boru, polad kvadrat pəstahın ixracı həyata keçirilib.

Yuxarıda adı çəkilən məhsullar arasında qiymətli külçələr (76,6%), polad borular (12,9%), pendir (5,7%), iribuynuzlu heyvanın daxili orqanları (1%) dondurulmuş toyuq ayaqlarının (0,8%) ixracı üstünlük təşkil edib.

Sertifikat verilən məhsullar 15 ölkəyə- İsveçrə (76,6%), Rusiya (10,8%), Türkiyə (6,6%), Gürcüstan (4%), Belarus (0,9%), digər ölkələrə (1,1%)- (Qazaxıstan, Avstraliya, İspaniya, İtaliya, Gürcüstan, ABŞ, Özbəkistan, BƏƏ, Fil Dişi Sahili, Almaniya) ixrac edilib.

İxrac olunan məhsulların hava nəqliyyatı ilə (76,9%), avtomobil ilə (14,4%), dəmiryolu nəqliyyatı (8,5%), qarışıq nəqliyyat ilə ixracı isə (0,2%) təşkil edir.

Xatirə, Bizim.Media

Mənbə: bizim.media