İldə adambaşına 34 kq ət yeyirik – Bəs kərə yağı?

İldə adambaşına 34 kq ət yeyirik – Bəs kərə yağı?

Bir ildə ölkə üzrə istehlak olunan çörək və çörək məhsullarının adambaşına düşən çəkisi 134,9 kq-dır.

PİA.az Dövlət Statistika Komitəsinin ölkə üzrə ərzaq məhsullarının adambaşına düşən istehlakı statistikasına istinadən xəbər verir ki, 2020-ci ildə adambaşına 74,4 kq kartof, 108,5 kq tərəvəz və bostan bitgiləri, 33,7 kq ət və ət məhsulları,7,3 kq balıq və balıq məhsulları, 266.9 kq süd və süd məhsulları, 158 ədəd yumurta, 79,1 kq meyvə, gilmeyvə, 30.2 kq qənd və qənnadı məmulatları, 10,7 kq bitgi yağı və marqarin istehlak edir.

Maraqlıdır ki, siyahıda kərə yağı istehlakı ilə bağlı hər hansı bir rəqəm yer almayıb.

Mənbə: pia.az