Avropa İttifaqında inşaat sektoru Rumıniyada artır

Avropa İttifaqında inşaat sektoru Rumıniyada artır

Avropa Statistika Agentliyinin məlumatına əsasən, Rumıniya inşaat işlərinin çoxluğuna görə Avropa İttifaqında (Aİ) birinci yerdədir.

AZƏRTAC xəbər verir ki, bu ilin aprel ayında Avrozonada inşaat işləri 2,2 faiz, Aİ-də isə 1,6 faiz geriləyib. Buna baxmayaraq, agentlik bildirir ki, Rumıniyada inşaat sektoru 7,8 faiz, Polşada 4,9 faiz, Bolqarıstanda isə 2,3 faiz artıb. Macarıstanda bu sahə 7,3 faiz, Almaniyada 4,3 faiz və Sloveniyada 3,4 faiz azalma göstərib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Mənbə: azertag.az