Mis filizləri və konsentratlarının istehsalı artıb

Mis filizləri və konsentratlarının istehsalı artıb

Yanvar-may aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərinin 1098,8 tonu mis filizləri və konsentratlarının payına düşüb.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq aylarına nisbətən 9,4 faiz artıb.

İyunun 1-nə hazır məhsul ehtiyatı 674,9 ton təşkil edib.

Mənbə: azertag.az