Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 100 717,86 min ABŞ dolları dəyərində 678 190,58 ton qaz idxal edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, idxal edilən məhsulun dəyəri illik müqayisədə 24 808,22 min dollar və ya 19,8%, həcmi isə 199 073,42 ton və ya 22,7% azalıb. Belə ki, 2020-ci ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycandan 125 526,08 min dollar dəyərində 877 264 ton qaz idxal edib.

Mənbə: apa.az