Gürcüstan Azərbaycandan dizel yanacağının idxalını artırıb

Gürcüstan Azərbaycandan dizel yanacağının idxalını artırıb

Bu ilin yanvar-may aylarında Gürcüstan 428,5 min ton benzin və dizel yanacağı idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.

İllik müqayisədə qonşu ölkənin yanacaq tədarükündə 29,6 min ton və yaxud 7,4 % artım qeydə alınıb. İdxal olunan yanacağın 217,6 min tonunu benzin, 210,9 min tonunun isə dizel təşkil edib.

İlk beş ayda Gürcüstanın ən əsas benzin və dizel yanacağı tədarükçüsü 99 min tonla Rumıniya olub.

Hesabat dövründə qonşu ölkənin Azərbaycandan dizel yanacağı idxalı ötən ilin eyni dövrünə nisbətdə 10,2 % artaraq 72 ton təşkil edib. Gürcüstanın dizel yanacağına olan tələbatının 16,8 %-ni Azərbaycan təmin edib.

Mənbə: report.az