Azərbaycanda əhalinin sayı artır, pensiya alanlar azalır – İllər üzrə STATİSTİKA

Azərbaycanda əhalinin sayı artır, pensiya alanlar azalır – İllər üzrə STATİSTİKA

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycan əhalisinin sayı 10 milyon 119,1 min nəfər olub və bunların 7,1%-ni və ya 716 min 391 nəfərini yaşa görə pensiya alanlar təşkil edib.

KONKRET.az-ın yeniavaz-a istinadən xəbərinə görə, 12 il əvvəl Azərbaycan əhalisinin sayı 8 milyon 997,6 min nəfər olub və bunların 9,5%-ni və ya 858 min 650 nəfərini yaşa görə pensiya alanlar təşkil edib.

Qeyd edək ki, son 12 ildə – 2010-2021-ci illər ərzində Azərbaycan əhalisini sayı 12,5% və ya 1 milyon 121,5 min nəfər artıb. Lakin, bu dövürdə, yəni 2010-2021-ci illər ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 16,6% və ya 142 min 268 nəfər azalıb.
Aşağıdakə cədvəldə 2010-2021-ci illər ərzində Azərbaycanda əhalinin ümumi sayı və yaşa görə pensiya alanların sayı göstərilib:

TarixƏhalinin ümumi sayı (min nəfər)Yaşa görə pensiya alanların sayı (nəfər)01.01.20108 997,6858 65901.01.20119 111,1831 12201.01.20129 235,1812 77101.01.20139 356.5800 54701.01.20149 477,1791 26301.01.20159 593785 06801.01.20169 705,6781 23801.01.20179 810781 95701.01.20189 898,1780 75601.01.20199 981,5757 39701.01.202010 067,1742 03001.01.202110 119,1716 391

Məlumat üçün bildirək ki, əhalinin sayı artdığı halda yaşa görə pensiya alanların sayının azalmasının əsas səbəbi Azərbaycanda pensiya yaşının artırılması ilə bağlıdır. Belə ki, 12 il əvvəl – 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardı.

Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb.

Daha sonra kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.

Nəticədə son 10 ildə kişilərin pensiya yaşı 62 yaşından 65 yaşına, qadınların yaş həddi isə 57 yaşından 62 yaşa (2027-ci ildə 65 yaş olacaq) çatdırılıb.

Mənbə: konkret.az