Mikayıl Cabbarov: "Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 111% təşkil edib"

Mikayıl Cabbarov: "Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 111% təşkil edib"

2021-ci ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 531 mln. manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 52,4 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, 5 ayda bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 111% və 109,6% təşkil edib.

“Qeyri büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,6% və 15,9% artıb”, - nazir qeyd edib.

Mənbə: apa.az