Azərbaycan iqtisadiyyatı gələn il pandemiyadan öncəki səviyyəyə qayıda bilər - PROQNOZ

Azərbaycan iqtisadiyyatı gələn il pandemiyadan öncəki səviyyəyə qayıda bilər - PROQNOZ

Azərbaycan iqtisadiyyatı pandemiyadan öncəki səviyyəyə 2022-ci ildə qayıda bilər.

"APA-Economics"in məlumatına görə, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dünya Bankının proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8%, 2022-ci ildə isə 3,9% böyüyəcək.

"Proqnozlarımıza rəğmən Azərbaycan iqtisadiyyatı bir qədər artıq inkişaf edə bilər. Hər şey yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiya prosesinin sürətindən və sərmayələrin, o cümlədən azad edilmiş ərazilərə yönəldiləcək investisiyaların həcmindən asılı olacaq. Bunu nəzərə alaraq, Azərbaycan iqtisadiyyatı daha tez bərpa ola bilər və iqtisadiyyatın artıq 2022-ci ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəyə çata biləcəyi ehtimal edilir", - deyə S. Maykl bildirib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan ÜDM-i 4,3% azalıb.

Mənbə: apa.az